Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubu portuqaliyalı hücumçu Kriştianu Ronalduya maaşının cəmi 10 faizini ödəyir.
Bu barədə “The Athletic” mənbələrinə istinadla xəbər yayıb.
Məlumata görə, ulduz hücumçu maaşının yerdə qalan 90%-ni Səudiyyə Ərəbistanının büdcəsindən alır.
Yanvarın 2-də Ronaldu ildə 200 milyon avro alacağı müqaviləyə əsasən, “Əl-Nəsr”in oyunçusu olub. Portuqaliyalı və ailəsi üçün əlavə bonusların da olduğu bildirilib.
“The Athletic”: “Əl-Nəsr” Ronalduya maaşının cəmi 10 faizini ödəyir

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.