"Laçın dəhlizi” artıq yoxdur, hətta bir müddət sonra yol açılsa belə, Azərbaycanın nəzarəti davam edəcək.
Bu barədə Ermənistanın "Hraparak” nəşri yazır.
Nəşr qeyd edir ki, Azərbaycan əvvəldən Laçın yoluna nəzarət etmək istəyirdi: "Ermənistan buna müqavimət göstərirdi. Hesab olunur ki, nəzarət Azərbaycana keçərsə, Qarabağdakı ermənilər sürətlə bölgəni tərk edəcəklər. Rusiya sülhməramlıları da buna qarşı idi. Lakin artıq 10 gündən çoxdur davam edən aksiya faktiki olaraq Laçın dəhlizinə nəzarətin Azərbaycana keçməsi ilə nəticələnib. Sülhməramlılar artıq qərar verən tərəf deyil, aksiya iştirakçıları olan azərbaycanlılar istəmədikləri yüklərin, yaxud şəxslərin keçidinə icazə vermir. Sülhməramlılar yola nəzarəti itiriblər, onlar üçün hazırda vacib olan məqam öz kontingentlərinin təminatı üçün yoldan istifadə edə bilmələridir. Görünür, Rusiya ya Azərbaycan və Türkiyə ilə münaqişəyə girmək istəmədi, ya da başqa razılaşmalar var”.
Nəşr yazır ki, bir müddət sonra Qarabağdakı ermənilər azərbaycanlıların nəzarəti altında Laçın yolundan istifadə edəcəklər: "Bu vəziyyət tədricən hər kəs tərəfindən qəbul olunacaq. Qarabağdakı ermənilər də bir müddət sonra bunu normal qarşılayacaqlar. Beləliklə, Azərbaycan Qarabağ üzərindəki hakimiyyətini bərpa edəcək, bu vəziyyətlə razılaşan ermənilər orada yaşaya biləcək, yaşamayanlar bölgəni tərk edəcəklər”.
Nəşr əlavə edir ki, Xankəndi yolunda keçirilən aksiya faktiki olaraq öz hədəfinə çatıb.
"Aksiyada ekoloji tələblər irəli sürülür. Bu, faktiki olaraq icra olunmuş sayıla bilər. Çünki bundan sonra Qarabağdakı mədənlərin istismar olunması çətindir, mədənlərdən çıxarılan filizin Ermənistana daşınması da artıq mümkün deyil”, - məqalədə bildirilir.
"Hraparak” Ermənistan hakimiyyətinin neytral mövqeyinə də diqqət çəkib.
"Hakimiyyət baş verənləri humanitar məsələ adlandırır və aktiv müdaxilə etməməklə Qarabağın Azərbaycanın daxili məsələsi olduğunu təsdiq edir. Paşinyan düşünür ki, Azərbaycanın Laçın dəhlizinə nəzarət etməsi Zəngəzur dəhlizi məsələsini gündəmdən çıxaracaq. Lakin yanılır, Azərbaycan Zəngəzur dəhlizində israrlı mövqeyini davam etdirəcək”.//Publika.az
Azərbaycan Laçın yoluna nəzarəti bərpa etdi - Bu vəziyyətlə razılaşan ermənilər...

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.