Azərbaycan Qarabağdakı separatçıların qarşısında son şərtini irəli sürüb: ya inteqrasiya siyasətini qəbul edəcəklər, ya da daha sərt və kəskin addımlarla üzləşəcəklər;
Bunu separatçıların “başçısı” Araik Arutyunyan qondarma “təhlükəsizlik şurasının” iclasında çıxışı zamanı etiraf edib. Bildirib ki, Bakı bu tələbi martın 1-də Xocalıda keçirilən görüşdən sonra irəli sürüb.
Buradan bəlli olur ki, rəsmi Bakı Qarabağ iqtisadi rayonunda Azərbaycan qanunlarına uyğun idarəçiliyin bərpası istiqamətində fəaliyyətini davam etdirir.
Lakin Araik Bakının tələbini qəbul etmədiklərini, qəbul etməyəcəklərini, “müstəqillik” iddialarından əlk çəkməyəcəklərini bəyan edib.
Beləliklə, proseslərin bundan sonrakı inkişafına dair təxminlər ortaya çıxır:
- Laçın yolunda aksiya davam edəcək;
- Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması istiqamətində praktiki addımlar atılacaq;
- Qanunsuz erməni silahlı dəstələrin Qarabağdan çıxarılması və bölgənin silahsızlaşdırılması həyata keçiriləcək;
- Ermənilərin qaz, işıq kimi kommunal təchizatlarında problemlər davam edəcək;
Separatçıların buna nə qədər dözə biləcəyi də sual altındadır. Çünki Laçın yolunda aksiyanın başlanmasından sonra Qarabağdakı erməni əhalisi arasında Azərbaycana inteqrasiya tərəfdarları artıb. Araik Arutyunyan çıxışında da etiraf edir ki, inteqrasiya istəyənlər var. Gözləniləndir ki, problemlərin daha da kəskinləşməsi erməni əhalisinin separatçılarına əleyhinə çıxmasını sürətləndirəcək.//axar.az
Bakı Xankəndi ilə bağlı son tələbini irəli sürdü - Detallar

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.