Məlum olduğu kimi, dünən səhər saatlarından etibarən Laçın dəhlizi bağlanıb. JAMAZ.İNFO xəbər verir ki, Azərbaycan QHT və media nümayəndələrinin yolu bağlayaraq, etiraz aksiyası keçirməsi nəticəsində Qarabağdakı ermənilərin Ermənistana və əksinə hərəkəti tam dayanıb.
Dünən günortadan sonra Xankəndidə bir qrup erməni toplaşaraq, aksiyaçıların qarşısına çıxmaq istəyiblər. Lakin son anda qərarlarından vaz keçiblər.
Bundan başqa, Xankəndi və ətraf rayonlarda yaşayan ermənilərin təşviş içində olduğu bildirilir. Hətta bu ərazilərimizdə xəbər yayılıb ki, Laçın dəhlizi yaxın günlərdə açılmayacaq. Erməni mediası bununla bağlı yazır ki, Qarabağdakı separatçılar da ciddi narahatlıq keçirirlər. Onların bpölgədəki müvəqqəti yerləşmiş rus sülhməramlılarının komandanlığı ilə apardıqları danışıqlar da nəticə verməyib. Amma Xankəndidə yayılan xəbərdən sonra bir çox ermənilər bölgəni tərk etmək üçün hazırlıqlara belə başayıblar.
Belə ki, dünən günortadan sonra Xxankəndidə xəbər yayılıb ki, Laçın dəhlizi açıqlamayacaq və yaxın bir-iki günə Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərə vətəndaşlıq təklifi verəcək. “Yayılan xəbərlərə görə, Azərbaycan tərəfi ermənilərə vətəndaşlıq vermək üçün təklif verəcək. Qarabağda qalıb, yaşamaq istəyənlər üçün tək şərt Azərbaycan vətəndaşlığını qəbul etmək və pasport almaqdır. İstəməyənləri isə məcburi qaydada Ermənistana köçürəcəklər”.
Erməni mediası daha sonra qeyd edir ki, bu xəbərdən sonra Qarabağdakı ermənilər arasında ciddi panika yaşanır. Hətta bəziləri ailələrini də götürərərək, Qarabağı tərk etmək üçün hazırlıqlara başlayıb.
Qarabağdakı separatçılar isə həm yolun bağlanması, həm rusların onlara lazımi dəstək verməməsi, həm də yayılna xəbərlərdən dolayı ciddi narahat olduqları da aşkar görünür. Belə ki, Xankəndidəki qondarma “informasiya mərkəzi” dünən günortadan ən azı 5 dəfə məlumat yayaraq, erməniləri narahat olmamağa çağırıb. Və bütün bu məlumatların guya, Azərbaycan tərəfindən məqsədli şəkildə yayıldığını iddia ediblər.
Dünən isə separatçıların rəhbəri Arayik Harutyunyan da “müşavirə” keçirib. Arayik başının dəstəsinə deyib ki, Laçın dəhlizinin açılması üçün bütün imkanlarını işə salıblar. Bu gün isə qondarma “təhlükəsizlik şurası” və “parlament”in iclaslarını keçirməyi qərara alıblar.
Xankəndidən erməni KÖÇÜ BAŞLAYIR... - Köçü RUSLAR DURDURUB

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.