Kremlin rəhbəri Vladimir Putin çox çarəsiz görünür. Müharibədə böyük uğursuzluq göz qarşısındadır. Putin özünə müttəfiq tapmaq üçün sağa-sola vurnuxur. Hiss olunan odur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bütün məsələlərdə hesablaşmağa çalışır. Valdayda türkiyəli həmkarını tərifləməsi də təəccüblü görünmədi. Putin Ərdoğanla dialoq imkanını itirməkdən qorxur.
Bizimyol.info xəbər verir ki, rusiyalı politoloq Andrey Piontkovski də Türkiyə Prezidentinin bölgədə çox əhəmiyyətli siyasi fiquq olduğunu düşünür. Onun fikrincə, Ərdoğan hansı situasiyada necə davranmağı yaxşı bilir. Piontkovski Putinin bir müddət əvvəl taxıl razılaşmasından necə yayındığını xatırladır. Amma Ərdoğanla bir söhbət geri addım atmağa kifayət etdi.
“Türkiyə Rusiyaya xatırlatdı ki, Qara dənizin ağası kimdir və hərbi donanması nəyə qadirdir. Ərdoğan İkinci Qarabağ Müharibəsində Azərbaycana açıq dəstək verməklə ambisiyalarını tam ortaya qoydu. Putin onda müharibəyə qoşulmağa qorxdu. İndi başa düşdük ki, nə üçün. Hələ onda dünyanın ikinci ən güclü ordusu söhbətləri qalmışdı. Ukrayna mühsribəsi göstərdi ki, Türkiyə Cənubi Qafqazda Rusiya ordusunu nə günə qoyar. Putin qorxduğuna görə geri çəkildi. Bax, onunla yalnız belə danışmaq lazımdır”.
Piontkovski əvvəlki açıqlamalarında da Türkiyənin, o cümlədən Ərdoğanın gücünü xüsusi fərqləndirirdi. Rusiyalı politoloq Putinin çox şişirdildiyini düşünür. Piontkovski əmindir ki, Ukrayna müharibəsi Kreml rəhbərinin axırına çıxacaq, məğlubiyyəti ilə bitəcək.
Putin xilas yolları axtarır. Buna görə Ərdoğana çox güvənir. Rusiya Prezidenti inanır ki, Qərbi məhz türkiyəli həmkarı yola gətirə bilər. ABŞ və Avropa onunla heç bir danışıq aparmır. Ərdoğanla isə Qərbdə də çox hesablaşırlar.
Putin bir müddət əvvəl Ankarada təbii qaz mərkəzinin yaradılması ideyasını ortaya atanda da həmkarına çox güvənirdi. Onun üçün problemin bütün həll yolları Ərdoğanın iştirakı ilə mümkündür.
“İndi başa düşdük, Putin Qarabağda müharibəyə girməkdən niyə qorxdu” - Piontkovski

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.