Soçi görüşündən sonra Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan barədə dedikləri diqqət çəkib.
Rusiyanın Türkiyədə təbii qaz mərkəzi yaratmaq təklifi ilə bağlı hadisələri dəyərləndirən Putin, "Məncə, Avropaya qaz nəqli üçün Türkiyədə mümkün bir mərkəz təklif etməyimizin səbəbi aydındır. Çünki avropalı tərəfdaşlarla birbaşa işləmək çox çətindir. Həmçinin boru xətlərinin bombalanması ilə bağlı faciəli hadisələrdən də xəbərimiz var. Avropalılar, demək olar ki, həmişə olduğu kimi, onların maraqlarına zərər gəlsə də, susurlar", - dedi.
“Şimal axını” boru kəmərində baş verən partlayışı terror hücumu kimi qiymətləndirən Putin, "Bütün bunlar Danimarka, İsveç və Almaniyanın müstəsna iqtisadi zonasında baş verdiyi üçün onlara nəzarət etmək bizim üçün çətindir. Bu mənada bizim Türkiyə ilə işləməyimiz daha asandır. Birincisi, Prezident Rəcəb Tayyib Ərdoğan sözünün ağası olduğu üçün onunla razılığa gəlmək bəlkə bizim üçün çətin olsa da, nədəsə razılaşsaq, onu reallaşdırmağa çalışırıq. İkincisi isə Qara dəniz sularına nəzarət etmək bizim üçün daha asandır”, - deyə bildirib.
Türkiyədə təbii qaz mərkəzi yaradılarsa, sözügedən qazın alıcılarının olacağına əmin olduğunu vurğulayan Putin, "Görək bu qış və gələn qış nə olacaq. Amma əminəm ki, yeni müqavilələr imzalanacaq", söyləyib.
Putinin Ərdoğan haqda dedikləri diqqət çəkdi: "Sözünün ağasıdır"

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.