Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilir.
Dövlətimizin başçısı İlham Əliyev tədbirdə iştirak edir.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb.
Sonra birgə foto çəkdirilib.
Qeyd edək ki, bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir.
“Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platformadır. Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkəcək, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr aparacaqlar.
***
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) fövqəladə Zirvə Görüşündə iştirak edən Azərbaycan dövlət başçısı İlham Əliyevi qarşılayıb.
“Report”un tədbiri işıqlandıran əməkdaşı xəbər verir ki, liderlər xatirə fotosu çəkdiriblər. Daha sonra söhbət ediblər.
Fevralın 6-da Türkiyədə baş verən böyük zəlzələlərlə bağlı Türkiyə ilə həmrəylik məqsədilə keçirilən toplantıda fəlakətlər və onların nəticələri ilə mübarizədə əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq, gündəmdə olan ortaq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
***
Bu gün Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) fövqəladə Zirvə Görüşü başlayıb.
Report xəbər verir ki, Zirvə Görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, müşahidəçi ölkələrin nümayəndələri - Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Macarıstanın Baş naziri Viktor Orban və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak edirlər.
Ötən il keçirilən Səmərqənd Zirvə Görüşündə müşahidəçi statusu alan Şimali Kipr Türk Respublikası hazırkı toplantıda ilk dəfə iştirak edir.
Fevralın 6-da Türkiyədə baş verən böyük zəlzələlərlə bağlı Türkiyə ilə həmrəylik məqsədilə keçirilən toplantıda fəlakətlər və onların nəticələri ilə mübarizədə əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq, gündəmdə olan ortaq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Ərdoğanın Zirvə Görüşü çərçivəsində həmkarları ilə də ikitərəfli görüşləri nəzərdə tutulub.
Zirvə Görüşündən sonra mətbuat konfransı keçiriləcək.
İlham Əliyev Ankarada TDT-nin Fövqəladə Zirvə görüşündə iştirak edir - YENİLƏNİB

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.