Martın 16-da Türkiyədə Türk Dövlətləri Təşkilatının (TDT) fövqəladə sammitinin keçirilməsi planlaşdırılır.
“Bu barədə Qırğızıstan mətbuat katibi Erbol Sultanbayev “tass”a açıqlamasında deyib.
O bildirib ki, Qırğızıstan Prezidenti Sadır Japarov TDT-nin Türkiyədə keçiriləcək fövqəladə sammitində iştirak edəcək. Onun sözlərinə görə, qırğız lider sammit çərşivəsində Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanla və digər liderlərlə ikitərfli görüşləri də nəzərdə tutulur.
Qazaxıstan Prezidentinin mətbuat xidmətindən də bildirilib ki, ölkə başçısı Türkiyə liderinin dəvəti ilə TDT-nin fövqəladə sammitində iştirak etmək üçün Ankaraya işgüzar səfərə gedəcək.
Tədbirin fövqəladə halların idarə edilməsi, humanitar yardım və təbii fəlakətlər zamanı əməkdaşlığın gücləndirilməsinə həsr olunması planlaşdırılır. Sammitdə digər məsələlər də müzakirə olunacaq.
Türk dövlətlərinin liderləri Ankaraya gedir - Fövqəladə toplantı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.