Xəbər verdiyimiz kimi, Rusiyanın XİN rəhbəri Sergey Lavrov noyabrın 23-ü İrəvanda KTMT-nin sammitində iştirak edib.
“Qazeta.ru” məlumatına görə, sammit çərçivəsində KTMT ölkələrinin nümayəndələri birgə foto çəkdirərkən Lavrov tədbiri lentə alan fotoqrafa irad bildirib. Onun bu addımı erməni mediasında müzakirələrə səbəb olub.
Məlumata görə, fotoqraf hər kəsin kadra düşə bilməsi üçün Ermənistanın müdafiə naziri Suren Papikyandan bir qədər sağa çəkilməsini xahiş edib. Bəzi məlumatlara görə isə, fotoqraf bu xahişini məhz Lavrova ünvanlayıb.
Rusiya XİN rəhbəri isə fotoqrafın bu xahişinə cavabında ondan öz öhdəliklərini yerinə yetirməsini tələb edib: “Başqa nə istəyirsiniz? Sizin işiniz foto çəkməkdir, göstəriş vermək yox!”
Bildirilir ki, Lavrov daha sonra ikinci sırada dayanan Rusiya müdafiə naziri Sergey Şoyqunun da kadra düşməsi üçün bir qədər aşağı əyilib.
Xatırladaq ki, Sergey Lavrov müxtəlif tədbirlər zamanı jurnalistlərə sərt cavab verməsi ilə tez-tez gündəmə gəlir.
Lavrov bu dəfə İrəvanda fotoqrafı danladı - Fotolar

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.