Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynadakı müharibəyə cəlb edilməmək üçün NATO-dan gələn təhlükə barədə bəyanatlar verir.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Lukaşenko Ukrayna və NATO-nu sərhəddə təxribatların sayını artırmaqda ittiham edib və bildirib ki, Kiyev alyans qüvvələrini müharibəyə cəlb etməyə çalışır. Belarusun müdafiə naziri Viktor Xrenin isə müharibəyə birbaşa hazırlıq olmadığını, yalnız öz ərazilərini müdafiə edəcəklərini vurğuluyub. Lukaşenko və Xrenin bu üsulla məlumat kampaniyasına başlayıblar. Onlar NATO-nun uydurma təcavüzü və Belarus sərhədi boyunca təxribat fəaliyyətləri üzərində dururlar ki, hərbçiləri Belarusda qalsınlar. Bununla da müharibəyə girmək üçün Rusiyanın təzyiqi ilə üzləşməkdən yayınırlar”, - məlumatda bildirilib.
Batya bu üsulla Ukraynadakı müharibədən yayınır

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.