Qazaxstanda sabiq nazir arvadını restoranda öldürdü

Astanada arvadı Saltanat Nukenovanı restoranda mübahisə zamanı öldürməkdə təqsirləndirilən Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayevin məhkəməsi davam edir.
xia.az xəbər verir ki,sfera.az-ın məlumatına görə, Bişimbayev iddia edir ki, onlar bir neçə saat restoranın VİP kabinəsində mübahisə ediblər. Onun sözlərinə görə, Saltanat tualetdə başını kafel döşəməyə vurub. Cütlük evə qayıtdıqdan sonra isə qadın yerinə uzanaraq yuxuya gedib. Səhər əri onu bir neçə dəfə oyatmağa çalışıb, lakin yalnız səkkiz saatdan sonra onun nəbzinin olmadığını və bədəninin soyuq olduğunu görüb.
İstintaq iddia edir ki, Bişimbayev mübahisə zamanı qadını boğub, həmçinin restoranın sahibindən, qardaşından müşahidə kameralarından qeydləri silməyi və arvadının telefonunu evə aparmasını istəyib. Sabiq nazir qəsdən adam öldürmədə özünü təqsirli bilmir.
Qeyd edək ki, Kuandıq Bişimbayev 2023-cü ilin noyabrında saxlanılıb. Onun məhkəməsi mart ayında başlayıb.
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.