Bakıda məsciddən oğurluq – Axundun seyfindən 20 min apardı, gecə klubunda yedi

Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 155 ünvanında yerləşən Kərbəlayi Abdullah məscidində oğurluq hadisəsi olub.
xia.az xəbər verir ki,qaynarinfo-nun məlumatına görə, hadisəni törədən 1985-ci il təvəllüdlü Gəncə şəhər sakini Ziya Tacəddin oğlu (ad şərti) həbs edilib.
O, oğurluq hadisəsini törətməzdən əvvəl maddi imkanının yaxşı olmadığını bildirərək məscidin imamı (axundu) Hacı Malikdən pul istəyib. Həmin vaxt Hacı Malik seyfdən pul götürərək ona 10 manat verib. Buna görə də təqsirləndirilən şəxs seyfdə pul olduğunu bilib və oradan oğurluq etmək qərarına gəlib.
Elə bu məqsədlə Ziya 2023-cü ilin 11 sentyabr tarixində, gecə saat 00:05 radələrində məscidə oğurluğa gedib. Məsciddə heç kimin olmamasına əmin olduqdan sonra axund otağının kilidini sındıraraq içəri daxil olub. Bundan sonra axundun otağında qoyulmuş dəmir seyfin kilidini bıçaq vasitəsilə açıb və Hacı Malikə məxsus olan 17800 Azərbaycan manatı, 525 ABŞ dolları və 700 avro – cəmi 20.000 manat pulu oğurlayıb.
Ziya oğurladığı pulların bir hissəsini “Malibu” gecə klubunda əyləncəyə və qızlara xərcləyib. Bir neçə gün sonra həbs edilib. Dəyən ziyanın çox hissəsini isə qaytarmayıb.
Məhkəmənin hökmü ilə Ziya Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 il 6 ay azadlıqdan məhrum edilin.
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.