Gürcüstana yeni sanksiyalar

ABŞ etiraz aksiyalarına görə, dörd Gürcüstan vətəndaşına qarşı sanksiya tətbiq edib.
xia.az xəbər verir ki, bu barədə “Civil Georgia” məlumat yayıb.
Bildirilib ki, DİN-in Xüsusi Təyinat Departamentinin rəhbəri Zviad Xarazişvili (Xareba) və onun müavini Mileri Laqazauri ilə yanaşı radikal sağçı şəxslər olan Konstantin Morqoşiya və Zurab Maxaradzeyə sanksiya tətbiq edilib.
“Birləşmiş Ştatlar bu gün Gürcüstanın demokratiyasına və gürcü xalqının insan haqlarına xələl gətirmiş bir sıra Gürcüstan hökumət rəsmiləri və digər şəxslərə qarşı geniş məsuliyyət tədbirləri tətbiq edir”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Bayden administrasiyası daha əvvəl qanuna və etirazlara görə “Gürcü Arzusu” üzvlərinə, parlament üzvlərinə, hüquq-mühafizə orqanlarına və özəl vətəndaşlara viza qadağası qoyub.//modern
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.