Nazir keçmiş direktorunu "Aqroservis"ə sədr gətirdi

Kənad Təsərrüfatı Nazirliyi yanında "Aqroservis" ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.
Arasdırma.info xəbər verir ki, məlumata görə, bu vəzifəyə Mehman Veysəlov gətirilib. Nazir Məcnun Məmmədov bu barədə müvafiq əmr imzalayıb.
Qeyd edək ki, M.Veysəlov bu vəzifədən əvvəl "Modern” şirkətlər qrupunun baş icraçı direktoru olub. Məcnun Məmmədov da Mehman Veysəlovun vaxtı ilə rəhbəri olduğu "Modern Group"da çalışıb.
Bildirək ki, 2011-ci ildə yaradılan "Modern” Şirkətlər Qrupuna "Az-Granata" MMC, "Modenis" MMC, "Modern Hospital", "Great Motors", "Mineral Sular" MMC, "Alyans Tekstil", "Agsu Aqropark" QSC şirkətləri daxildir..
Xatırladaq ki, "Aqroservis" ASC-nin İdarə Heyətinin əvvəlki sədri Elmin Rəhmanov bu ilin avqust ayının 5-də vəzifəsindən azad edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.//qaynarinfo
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.