Göyçay Rayon Polis Şöbəsinə yeni rəis müavini təyin edilib.
"Qafqazinfo"nun məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Göyçay Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi, polis mayoru Aazd Məmmədov vəzifəsindən azad edilərək əməliyyat işlər üzrə rəis müavini təyin edilib.
Qeyd edək ki, bundan əvvəl işləyən əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Rasim Mirzəyev keçən ilin dekabr ayında sərəncama götürülüb.
Bu rayona yeni rəis müavini təyin edildi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.