Dövlətin digər dəstək mexanizmləri işlək vəziyyətdədir. Vətəndaşların ünvanlı sosial yardıma çıxışı mütəmadi olaraq təmin edilir.
Arasdırma.info Musavat.com-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini Hidayət Abdullayev "uşaqpulu"nun verilməsi ilə bağlı suala cavab verərkən deyib
O bildirib ki, bir yaşına qədər uşağı olan ailələr digər müavinətlərlə təmin olunur:
"Eyni zamanda, müddətli həqiqi hərbi xidmətdə olan hərbçilərin uşaqları da dövlət nəzarətindədir. Bu sahədə müvafiq dəstək mexanizmləri işlənilir. "Uşaqpulu" isə sovet dövründə bir stimul idi ki, bunu ailələrdə uşaqların sayının çox olması üçün edirdilər. Azərbaycanda hazırda belə problem yoxdur. Demoqrafiya baxımdan bu, əlverişli üsul deyil. Dediyim kimi, dövlətin digər işlək mexanizmləri hazırda mövcuddur.
Vətəndaşların dəstək mexanizmlərinə çıxışının asanlaşdırılması istiqamətində müvafiq işlər aparılır".
Azərbaycanda “uşaqpulu”nun verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.