Xüsusi Təyinatlı Polis Dəstəsinin qəhrəman ŞƏHİDİ (Eldəniz Məmmədov Fabir oğlu)

Son iki yüz illik Azərbaycan tarixində böyük bir tarixi qələbənin sevincini bütöv Azərbaycan yaşayır. By tarixi qələbəni bizlərə yaşadan torpağı vətən edən şəhidlərimiz, sağlamlığını vətən uğrunda itirən qazilərimiz, səngərdə əlləri tətikdə dayanan əsgərimiz və Müzəffər Ali Baş Komandanın düşünülmüş siyasətidir. 2020-ci ilin sentyabrın 27-də başlayan əks hücum əməliyyatı Azərbaycanı Dəmir yumruq altında birləşdirdi. Hər kəs orduya, döyüşə yazılmağa can atırdı. Könüllülərin izdihamı və döyüş istəyi yalnız bir amala xidmət edirdi. O da qisas duyğusu idi. HƏR BİR KÖNÜLLÜ yalnız bir arzu uğrunda torpaqlarımızın azadlığı və Azərbaycanın suverenliyinin pərpası istəyi ilə silaha sarılırdı.
Qarabağ müharibəsində erməni işğalçılarına sinəsini sipər edən qəhrəmanlarımız sücaətləri ilə Azərbaycanda yetişən gəncliyə vətənpərvərlik nümunəsi göstərdilər. Onlar xalqımızın qəhrəmanlıq xəzinəsidirlər.
Şəhidlik ulularımızdan bizlərə miras qalan torpağa, vətənə, müqəddəs dəyərlərimizə sahib çıxmaq, verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Bu bir adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda canından keçib, bu yolda özünü qurban vermək deməkdir.
"Torpaq, uğrunda ölən varsa, Vətəndir!” -deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Haqqında söhbət açacağımız şəhid-qəhrəman da torpağı vətən edən qəhrəmanlardandır. Onlar ölməzliyə, şəhidlik zirvəsinə ucaldılar. Bu gün hər bir Azərbaycan gənci belə qəhrəmanların vətən sevgisini özlərinin gələcək həyatında vətənə məhəbbət nümunəsi kimi qəbul edirlər. Onlar torpağı vətən eləməklə Azərbaycanın şanlı zəfər tarixini yazdılar.
Bu bir həqiqətdir ki, Birinci Qrabağ savaşında da bu istəklə döyüşə atılanlar çox idi. Elə haqqında söhbət açacağımız şəhid-qəhrəmanlardan biri barədə söhbət açıb, onun döyüş yoldaşlarının xatirələrindən bəzi məqamları səhifləyəcəyik.
Xatırladaq ki, Brinci Qarabağ müharibəsində hünər tarixi yazan əfsanəvi qəhrəmanlardan biri Eldəniz Fabir oğlu Məmmədovdur.
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.