Media Arasdırma Mərkəzi və Azər.KİVİHİ tərəfindən təhsil sahəsində müstəsna xidmətləri və H.Əliyev irsinin təbliğinə görə peşəkar müəllim Nailə Axundova "Heydər Əliyev" mükafatına layiq görülüb.
Xatırladırıq ki, Nailə Axundova Ələsgər qızı Naxçıvan Dövlət Universitetinin Riyaziyyat fakültəsini bitirmişdir. Onun pedaqoji fəaliyyət təcrübəsi 32 ilə yaxındır. Bu illər ərzində təhsildə göstərdiyi yüksək nəticələrə görə 2014-cü ildə "İlin müəllimi" müsabiqəsinin qalibi olmuş, 2017-ci ildə isə "Tərəqqi" medalı ilə təltif edilmişdir. O, riyaziyyat sahəsində 7 fərqli dərs vəsaitinin müəllifidir.
Nailə xanım TEA-nın “Fəxri professoru” adına layiq görülmüş və "Xalq müəllimi" fəxri adını almışdır. O, həm nəzəri bilikləri, həm də pedaqoji bacarığı ilə Azərbaycan təhsil sisteminə dəyərli töhfələr vermişdir.
