Yevlax ərazisində ölümlə nəticələnən qəza baş verib. Belə ki, ərazidə nasaz olan QAZ 24 markalı maşının hərəkət etməsi üçün kömək edən Traktor idarəetməni itirib və hər 2 nəqliyyat vasitəsi aşıb. Hadisə nəticəsində traktorun sürücüsü Mustafayev Firdovsi İlqar oğlu traktorun altında qalaraq dünyasını dəyişib. Digər avtomobilin sürücüsü Bəkirov Nicat Səfər oğlu isə yaralı halda Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxananın İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Rza Nəsirov Xia.az-a bildirib ki, 25.05.2025-ci il tarixində saat 18:30 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 1988-ci il təvəllüdlü şəxs (kişi cinsli) hospitalizasiya olunub.
Oturaq sümüyünün sınığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardımlar göstərilib.
Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilən şəxsin vəziyyəti stabil qiymətləndirilir.
Yevlaxda ölümlə nəticələnən qəza

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.