Biləsuvarda həkim xəstəni yumruqladı, 5 yaşlı uşağa TƏPİK ATDI

Sosial şəbəkərlərdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında insident baş verməsi ilə bağlı görüntülər paylaşılıb.
xia.az Qaynarinfo-ya istinadən xəbər verir ki, insident Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin müdiri Ülvi Abbasovla, xəstəxanaya pasiyent kimi gələn Əlicavad Gənciyev arasında baş verib.
Görüntülərdə şöbə müdiri Ülvi Abbasovun pasiyentə hücum edərək yumruq atması əks olunub. İddia edilir ki, ixtisasca nevroloq həkimin atdığı yumruq pasiyentə, vurduğu təpik isə yanında olan 5 yaşlı azyaşlıya dəyib.
Məsələ ilə bağlı, DİN -in Mətbuat xidmətinin Lənkəran regional qrupundan AzTimes.az-ın sorğusuna cavab olaraq bildirib ki,Vətəndaş Əlicavad Gənciyev avqustun 8-də Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin müdiri Ülvi Abbasov tərəfindən döyülməsi ilə bağlı polisə müraciət edib. Hazırda həmin müraciət əsasında təhqiqat araşdırması aparılır. Araşdırmanın nəticəsində məsələyə hüquqi qiymət veriləcək.
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.