Naxçıvan Muxtar Respublikasında aparılan antikorrupsiya tədbirləri çərçivəsində 30 ildir ki, özünün qanunlarını diktə edən Vasif Talıbovun mövqeləri ciddi sarsıdılıb.
Məhz bu səbəbdəndir ki, artıq naxçıvanlılar ölkə rəhbərliyinə Talıbovun və onun komandasının qanunsuz əməlləri haqda yazır.
Sadə naxçıvanlıların bu şikayətlərini ictimailəşdirın jurnalist Heydər Oğuz “Zorla dəlixanaya salınan Tamilə ana Boz kardinal Azər Zeynalovu niyə qarğıyırdı?” başlıqlı qeyd yazıb.
Gununsesi.info həmin qeydləri təqdim edir:
“Ali Məclis sədrinin müavini Azər Zeynalovun hal-hazırdakı imarəti inşa olunan zaman, orada yaşayan bütün insanlar başqa yerə köçürülürdü. O zaman orada yaşayan kimsəsiz qadınlar – Tamilə ana və qızları Naibə ilə Vəsilə öz dədə-baba evlərindən çıxmamaq üçün müqavimət göstərirdilər. Qızlar müəllimə işlədikləri üçün hədə-qorxulara boyun əyib öz evlərindən imtina etmək məcburiyyətində qaldılar, Tamilə ana isə evini tərk etmədi. Tamiləni dəli adı ilə dəlixanaya köçürdülər. O, ömrünün axırına qədər dəlixanada yaşamağa məcbur edildi.
Şahidlərin bildirdiklərinə görə, rəhmətlik Tamilə xanım ömrünün sonuna qədər Azərə qarğış edirdi, o torpaqdan xeyir görməməsi üçün Tanrıya yalvarırdı. Tamilə xanımın dualarının çin çıxması çox yaxındır”.
"Talıbovun adamları onu da zorla dəlixanaya saldırmışdı"

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.