Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı xəsarət alanların son durumu açıqlanıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə danışıb.
“Həkimlərin dediyinə görə, hadisə zamanı xəsarət alan bir əməkdaşımızın əməliyyatı başa çatıb və vəziyyəti yaxşılaşıb, ikinci yaralı əməkdaşımızın əməliyyatı isə davam edir. Həkimin rəyinə görə, ikinci əməkdaşın əməliyyatı daha iki saat davam edəcək və ümid edirik ki, əməliyyat başa çatdıqdan sonra onlar palataya köçürüləcək”, - Əli Əlizadə vurğulayıb.
Diplomat vurğulayıb ki, Azərbaycan İrandan bu terror aktları və onların nəticələrini təqib etməsini, bütün məsuliyyət daşıyanları həbs etməsini və müvafiq orqanlar adından bu hadisələrə görə məsuliyyət daşıyanların hamısının müəyyən edilməsini və nəticələri Azərbaycan Respublikasına bildirməsini gözləyir.
“Biz bu hadisələri terror aktı kimi qiymətləndiririk, çünki iki ölkə arasında belə hadisələr gözlənilmirdi və bu hadisəyə görə çox təəssüflənirik”, - Azərbaycan səfiri qeyd edib.
Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı yaralananların vəziyyəti AÇIQLANDI

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.