Pakistandan olan nazirlərdən ibarət nümayəndə heyəti Azərbaycana gəlib.
“Report” xəbər verir ki, iki günlük səfər çərçivəsində İnvestisiyalar üzrə Şuranın federal naziri Çaudri Salik Hüseyn, neft naziri Musadiq Məsud Malik və federal sənaye və istehsal naziri Seyid Murtaza Mahmud Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcəklər.
Görüşlərdə iki ölkə arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi planlaşdırılır.
Xatırladaq ki, ötən il Azərbaycan və Pakistan diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edib.
Pakistanlı nazirlər Bakıda səfərdədirlər

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.