AzTV-nin bazar günü efirə çıxan “Həftə” analitik-informasiya proqramında siyasətə dair hazırladığı materiallar geniş müzakirələrə səbəb olub.
AzTV-nin rəhbəri Rövşən Məmmədovun təqdimatında yayımlanan proqramda növbəti dəfə İran İslam Respublikasının apardığı siyasət sərt şəkildə tənqid edilib.
Qeyd olunub ki, İran bu gün də Ermənistanı dəstəkləyir, yerli telekanallar vasitəsilə Azərbaycana açıq-aşkar hədələr yağdırır.
“Bir də yaddan çıxartma ki, bu millətin qəlbində, ruhunda, beynində hələ 19-cü əsrdən qalma yara var – Gülüstan, Türkmənçay yaraları. Torpağımızı, millətimizi ikiyə bölən, qardaşı-qardaşdan ayrı salan yara. O yara bu gün də incidir, bu gün də ağrıdır və ağladır. Amma dözürük. İki əsrdir dözürük. Regionda sülh, təhlükəsizlik, əmin-amanlıq üçün dözürük. Biz dözürük, amma sən? Bütün bunlar azmış kimi, İranın bu gün də Azərbaycanın üstünə gəlməyi, Azərbaycanla düşmənçilik aparmağı həm gülüş, həm də acı təəssüf doğurur”, - deyə materialda bildirilib.
Rövşən Məmmədov İran haqda fikirlərinə belə davam edib: “Azərbaycan qəbir qazır, amma özünə yox, düşmənlərinə. Əgər sən də bu siyahıya düşmək istəyirsənsə, seçim özünündür. Amma baba, bir şeyi yaddan çıxarma ki, Azərbaycanın qazdığı qəbirlər çox dərin olur. Və biz qəbir qazmaqda peşəkarlığımızı sənin kimi cizgi filmlərinə bənzəyən görüntülərlə, yaxud elə İran televiziyalarının səviyyəsini göstərən videoçarxlarla yox, real nümunələrlə-döyüş meydanında sübut etmişik...”
“Baba, Azərbaycanın qazdığı qəbirlər çox dərin olur...” - AzTV-dən İrana - VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.