Paşinyanın mətbuat konfransı zamanı səsləndirdiyi fikirlər demaqogiyadır.
Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl deyib.
Professor rəsmi İrəvanın belə davam edəcəyi halda Azərbaycanın da öz öhdəliklərindən imtina etmək haqqına sahib olduğunu vurğulayıb:
“Ortada üç dövlətin imzaladığı açıq və konkret 10 noyabr bəyannaməsi var. Azərbaycanın mövqeyi bəllidir, Ermənistan da üzərinə öhdəliklər götürüb. Üçtərəfli Bəyannamədə hər hansı əlavə missiyadan və s. bəhs edilmir. Üstəlik heç bir yer blokadada saxlanılmır, Laçın da, Qarabağ da Azərbaycan ərazisidir. Bu Üçtərəfli Bəyannamədə də aydın şəkildə göstərilib. Əgər Ermənistanın hansısa əlavə iddiaları var idisə, onda niyə Paşinyan sənədə imza atırdı? Beynəlxalq hüquqda dövlətlər arasında imzalanan sənədlər önəmlidir. Əgər imza atıb öhdəlik götürübsənsə, yerinə yetirməlisən. Müzakirə tələb edən məsələlər isə növbəti mərhələyə keçirilir. Rəsmi İrəvan Üçtərəfli Bəyannaməni qəbul etmirsə, Bakının da bütün öhdəliklərdən imtina etmək haqqı var. Laçın dəhlizində təhlükəsiz hərəkətin təmini o deməkdir ki, sərhəd-keçid məntəqəsindən qəbul olunan qaydalar əsasında Azərbaycan ərazisinə daxil olduqdan sonra hər bir normal xarici vətəndaşın sərbəst hərəkətinə imkan yaradılır. Yəni Azərbaycan sərhədə öz postlarını qurmalı və Ermənistanın Zəngəzur məsələsindəki davranışına adekvat cavab verilməlidir. Bunun başqa yolu yoxdur. Diplomatik təzyiqlərimizi artırılmalı və bəhs etdiyimiz məsələ şərt kimi Ermənistanın qarşısına qoyulmalıdır. Azərbaycana müvəqqəti yerləşdirilmiş rus sülhməramlıların fəaliyyət müddəti beş ildir. Demək ki, sənəddə göstərilən bütün öhdəlik və əsas məsələlər bu müddət içərisində yerinə yetirilməli və həllini tapmalıdır”.
Toğrul İsmayıl Ermənistanın KTMT-nin apardığı işğalçılıq siyasətini dəstəkləmədiyinə görə tənqid etməsini absurd hesab edib:
“Ermənistanın KTMT-də qalması, yaxud oradan çıxması onun öz işidir. Lakin bu dövlətin digər üzv dövlətlərdən apardığı işğalçılıq siyasətinə görə dəstək istəməsi başadüşülən deyil. KTMT və ya NATO-ya üzv olmaq olar, lakin bu işğalçılıq üçün əsas qəbul edilə bilməz. Normal dövlətlər işğala etiraz edirlər. Hətta fikrimcə, işğalçılığına görə Ermənistan təşkilatdan qovulmalıdır. Amma Rusiyanın maraqlarına görə bu ölkə hələ də KTMT-dədir”.
Alim Ermənistanı və onu dəstəkləyən ölkələri beynəlxalq hüququ və imzalanan sənədləri yenidən nəzərdən keçirməyə çağırıb:
“Paşinyanın Fransa ilə yanaşı, Almaniya və ABŞ-ın da danışıqlar prosesinə daxil edilməsi barədə təklifi onların danışıqları uzatmaq niyyətindən xəbər verir. Fransa, ABŞ və Almaniyanın burada nə işi var? Ermənistan Azərbaycan ərazisinə hansı haqla beynəlxalq faktaraşdırıcı missiya tələb edir? Əslində Ermənistan baş naziri öz “təklif”i ilə idarə etdiyi dövlətin başqalarının ağzına baxdığını, kukla dövlət olduğunu göstərir. Əvvəl də bildirdiyim kimi, eyni zamanda 1991-ci il MDB bəyannaməsi və orada təsbit olunan prinsiplər, beynəlxalq hüquq bizim tərəfimizdədir. Paşinyan və komandası, onları pərdə arxasından idarə edənlər sadaladığımız məqamları diqqətlə nəzərdən keçirməlidirlər. Əgər Ermənistan ağlını başına toplamasa, anladığı dillə ona vəziyyəti izah etmək və müzakirə masasına oturtmaq lazımdır”.
Nikola cavab: Bakı da imtina edəcək - Başqa yolu YOXDUR!

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.