Dəfələrlə qeyd etdiyimiz kimi, sülhü istəyənə, onu qoruyana “sülhməramlı qüvvə” deyilir. İki il öncə Azərbaycanın rus sülhməramlıların Qarabağa gətirilməsinə razı olmasında məqsəd sülhün təmini, Ermənistanın hərbi birləşmələrinin və erməni terrorçularının oradan çıxarılması idi.
Bu sözləri Axar.az-a rus sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı birləşmələrinin üzvlərinin Ağdam və Xocalı rayonları ərazilərində döyüş mövqelərinin möhkəmləndirilməsi üçün mühəndis işləri aparması haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi general Yücel Karauz deyib.
Generalın sözlərinə görə, sülhməramlılar onlara olan inam və etibarı itirib:
“İkinci Qarabağ müharibəsi zamanı Vladimir Putin Ermənistanın KTMT-yə müraciətinə Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu və heç bir dövlətin ərazisinə hücum edilmədiyi cavabını verməsini hamımız xatırlayırıq. Ortada imzalanmış 10 noyabr bəyanatı var. Əfsus ki, rus sülhməramlılar nə Ermənistanın hərbi birləşmələrini, nə terrorçuları Qarabağdan çıxardı, nə də təxribatların, terror fəaliyyətinin qarşısını aldı. Onlar sülhə töhfə verəcək fəaliyyət göstərə bilmədi. Terrorçuların hansısa bir ölkənin ərazisində özünə səngər qazması, müdafiəyə hazırlaşması, döyüş hazırlığı görməsi qəbuledilməzdir. Yəni bunu etmək nə Azərbaycanda, nə Rusiyada, nə də Fransada mümkündür. Rusiya dövləti öz ərazisində hansısa silahlı birləşmələrin, terrorçu dəstələrin göz görə-görə fəaliyyətinə razı olarmı? Əlbəttə ki, yox. Sahib olduğu ərazidə öz suverenliyini və toxunulmazlığını qorumaq beynəlxalq hüququn, milli dövlətçiliyin əsas şərtlərindəndir. Azərbaycan da eyni məntiqlə hərəkət edərək bu təxribatın qarşısını alıb və bundan sonra da alacaq. Sülhməramlılardan gözlənilən erməni terrorçuları və Ermənistan hərbi birləşmələrini son nəfərinədək Azərbaycanın ərazisindən çıxarmaqdır”.
Ağdamda səngər qazmağa qalxan erməni CƏSARƏTİ KİMDƏN ALIR... - AKTUAL

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.