Deputat Milli Məclisidə ağcaqanadlardan və küçə itlərindən şikayətlənib
“Hər yer sahibsiz küçə itləri ilə doludur... İndi nə edək, itləri yığıb Koreyaya, Çinə sataq?”
xia.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tahir Kərimli parlamentin mayın 31-də keçirilən plenar iclasında “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanun layihəsi barədə çıxış edərkən deyib.
Deputat ağcaqanadların çox olmasından da şikayətlənib: “Əvvəl sovet dönəmində tez-tez dezinfeksiya tədbirləri görürdülər, ancaq indi belə deyil. Nəinki regionlarda, hətta Bakıda belə yaşadığım ərazidə ağcaqanad əlindən dayanmaq olmur”.
“Nə gecəmiz, nə də gündüzümüz var. Əvvəl gün batandan sonra çıxardılar. İndi o qədər çoxalıblar ki, gündüz vaxtı da camaata zülm edirlər. Bu, əhalinin sağlamlığına ciddi ziyandır. Bundan başqa, hər yer sahibsiz küçə itləri ilə doludur. İnsanları dişləyib quduzluq xəstəliyi yaradırlar. Bu da sağlamlığa ziyandır. İndi nə edək, itləri yığıb Koreyaya, Çinə sataq?”, - deyə o əlavə edib.//report
"CAMAATA ZÜLM EDİRLƏR..." - “Nə gecəmiz, nə də gündüzümüz var..."

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.