“Gedirlər xarici dərman firmalarından sifariş edirlər, tapşırıq da verirlər ki, faizi az olsun, gələn pulu da qoyurlar ciblərinə”.
Bunu deputat Kəmaləddin Qafarovun Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında Azərbaycanda dərmanların qiymətinin Türkiyədən daha ucuz olması ilə bağlı sözlərinə münaisbət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.
Hafiz Hacıyev bildirib ki, Azərbaycanda dərman bazarı da monopoliyadadır:
“Kəmaləddin Qafarov çox səhv danışır. Azərbaycandakı dərmanlar Türkiyədən 5 dəfə bahadır və keyfiyyətsizdir. Alıblar hər şeyi monopoliyaya, dövləti talan eləyirlər. Utanmırlar, dilləri də var danışmağa… Baş qaxıncısınız.
Millət sizin üzünüzə baxmaqdan bezib. Sizin adınız gələndə camaatın mədəsi bulanır. Mən özüm xəstəyəm. Ankarada müalicə alıram, dərmanları da ordan əldə edirəm.
Buradakı dərmanların keyfiyyəti yoxdur. Gedirlər xarici dərman firmalarından sifariş edirlər, tapşırıq da verirlər ki, faizi az olsun, gələn pulu da qoyurlar ciblərinə. Kəmaləddinə deyirəm ki, boşboğazlıq eləməsin. Sənin arxanda bilirəm kimlər dayanıb. Sizin xalq içinə çıxmağa haqqınız yoxdur”.
Dərmanların ucuz olduğunu deyən deputata SƏRT SÖZLƏR: "Alıblar hər şeyi monopoliyaya, dövləti..."

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.