“Türkiyədə bir dərman 10 manatdır, başqa bir dövlətdə 5 manat. Bizdə isə dərman qiymətlərini göyün kəlləsinə qaldırıblar”.
Bu sözləri açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, tanınmış doktor Rəşid Mahmudov deyib.
O, apteklərdə bəzi dərmanların tapılmaması və ya qonşu ölkələrdən bir neçə dəfə baha olması ilə bağlı narazılıqlara da münasibət bildirib:
“Səbəbini bilmirəm. Adicə 1.50 manatlıq “Benzatin” dərmanını bizdə apteklər 39-40 manata satırlar. Niyə bu qiymətə satırlar bilmirəm, kim nə istəyir edir. Soruşmaq lazımdır ki, niyə belə edirsiniz? Özləri bahalaşdırıb pul yığırlar. Bunlar da belə pul yığırlar. Heç kəs onların başının üstündə durub demir ki, bu dərman bura neçəyə gəlib. Özləri qiyməti artırırlar. Soruşmaq lazımdır ki, bu milləti niyə soyursunuz, məqsədiniz nədir. Belə şey olar?!”, - deyə o söyləyib.
Qeyd edək ki, Bakıdakı apteklərdə 75 manat 66 qəpiyə satılan “Qalvus Met” adlı dərman Türkiyədə qat-qat ucuz olması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Xatırladaq ki, qiymət artımı müşahidə olunan tək dərman preparatı bu deyil. Daha əvvəl də belə hallar aşkar olunmuşdu. Belə ki, sentyabr ayında apteklərdə yodun tapılmaması daha sonra onun qiymətinin kəskin artması ilə nəticələnmişdi. Əvvəllər 40 qəpiyə satılan yod hazırda 1.20 manatadır.
"1.50 manatlıq dərman 40 manata satılır, belə şey olar?!" - Rəşid Mahmudov

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.