“1918-ci ildə İrəvan ermənilərə güzəştə gedildikdən cəmi bir neçə gün sonra onlar Azərbaycan xalqının ərazilərə verdiyi adların dəyişdirilməsinə başlayıb”.
Bunu Bizim.Media-ya müsahibəsində AMEA-nın Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov deyib.
O, BİLDİRİB Kİ, Ermənilərin törətdikləri dəhşətli cinayətlərdən biri də Qərbi Azərbaycanın tarixi ilə bağlıdır:
“Bu ərazidə bütün toponimlərin adları ermənilər tərəfindən dəyişdirilib. 1918-ci il may ayının 30-dan 1920-ci il ilin noyabrınadək 17 ərazinin, dağların, çayların, göllərin adı dəyişdirilib. 1920-ci ilin noyabrından 1936-cı ilin iyununa qədər 11, 1936-cı ildən (İrəvan şəhəri, Göyçə gölü daxil olmaqla) 1991-ci ilədək 852-dən çox ərazi adı dəyişdirilib. YUNESCO-nun qəbul etdiyi Konvensiyaya görə yerli əhalinin qoyduğu adların dəyişdirilməsi cinayət hadisəsi hesab olunur”.
Müsahibimiz bildirib ki, ermənilər törətdikləri əməllərə görə, Cənubi Qafqazda yaşamaq haqqını itiriblər:
“Ermənilərin bu ərazilərdə törətdiyi cinayət hadisələrinə kompleks şəkildə yanaşanda, mən bir vətəndaş olaraq bunu deyirəm, onlar artıq Cənubi Qafqazda yaşamaq hüququnu itirib. Azərbaycan xalqına qarşı təkcə fiziki cəhətdən yox, həm də milli-mədəni irsimizə, tarixmizə qarşı cinayət törətdiklərinə görə artıq ermənilərin bu ərazilərdə yaşamaq haqqı yoxdur”.
“Ermənilər Cənubi Qafqazda yaşamaq haqqını itiriblər” - Zatən burda qonaq idilər...

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.