Gözünü və böyrəyini itirən qazi vəfat etdi

7716bb723c94a1ca0c24d9895735936a_qazzzzzz

2016-cı ilin aprelində Ermənistanın təxribatı nəticəsində meydana gələn döyüşlərdə ağır yaralanan hərbi qulluqçu Rüstəm Cəmil oğlu Bayramov Gəncə şəhərində vəfat edib.

Xia.az “Gencexeber”ə istinadən xəbər verir ki, qazi Gəncənin Sevinc qəsəbəsində dünyasını dəyişib.

Qeyd edək ki, 1981-ci il təvəllüdlü Rüstəm MAXE kimi çavuş rütbəsində xidmət edib. O, 2016-cı ildə Aprel döyüşləri zamanı ağır yaralanaraq bir gözünü və böyrəyini itirmişdi.