Həccə getmək istəyənlərin NƏZƏRİNƏ
Fevral ayının 19-dan (Ramazan ayının ilk günündən) Həcc ziyarəti ilə bağlı vizaların verilməsi prosesinə başlanılacaq.
Bu barədə Oxu.Az-a Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, proses təxminən 45 gün ərzində yekunlaşacaq:
“Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi dünyadakı bütün Həcc missiyalarından qeydiyyat prosedurlarının erkən başa çatdırılmasını ciddi şəkildə tələb edir. Belə ki, Ramazan ayının 1-dən vizaların verilməsi prosesinə start veriləcək və bu proses təxminən bir ay yarım ərzində yekunlaşacaq.
Bu səbəbdən Həcc ziyarətinə niyyətli olan vətəndaşlarımızdan xahiş edirik ki, yubanmadan müraciət göndərərək qeydiyyatdan keçsinlər. Kvotanın dolub-dolmamasından asılı olmayaraq, sənədlərin qəbulu 15 fevral 2026-cı il tarixində başa çatacaq”.