Quru otları yandıran yaşlı kişi ocaqda yanıb öldü

download

Ağstafa rayonunda kişi ocaqda yanıb ölüb.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Ceyrançöl ərazisində baş verib.

Qazax rayon sakini, 1964-cü il təvəllüdlü Nazim Nəsibov ərazidə quru otlardan ocaq yandırıb. Hadisə zamanı alovun ərazisi genişlənib və N.Nəsibov hadisə yerində yanaraq ölüb. Onun yanmış meyiti ərazidən aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.