Şimali Kuril adalarında zəlzələ oldu

0X3JMhsRad4w5AwSKrCyFpyYLG0G7aUOf2M5u61A_1200

Seysmoloqlar Şimali Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ qeydə alıblar.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Saxalin vaxtı ilə saat 14:08-də (Bakı vaxtı ilə saat 07:08 – red.) Severo-Kurilsk şəhərindən 88 km şərqdə, dəniz dibinin 45 km dərinliyində qeydə alınıb.

Zəlzələ Severo-Kurilskdə üç bal gücündə hiss olunub.