Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Yaşayış binasının yanğın təhlükəsi aradan qaldırıldı

Posted on 23 Yanvar 202623 Yanvar 2026 By admin

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Xia.Az xəbər verir ki, bu barədə FHN-in yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən yaşayış sektorunun yanğın təhlükəsizliyinin təmin edilməsi sahəsində keçirilən yoxlama tədbirləri zamanı Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 35 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsində tikinti normalarının yanğın əleyhinə tələblərinin pozularaq avtomobil şinlərinin satışı anbarının fəaliyyət göstərdiyi aşkar edilib.

Qanunvericiliyə uyğun olaraq sahibkar qarşısında obyektin yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tələblər qoyulub və görülmüş tədbirlər nəticəsində avtomobil şinləri ərazidən daşınaraq yanğın təhlükəsi aradan qaldırılıb.

Fövqəladə Hallar Nazirliyi bir daha sahibkarlara və çoxmərtəbəli yaşayış binalarının yanğın təhlükəsizliyinə cavabdeh şəxslərə müraciət edərək binaların qeyri-yaşayış sahələrində tikinti normalarının yanğın əleyhinə tələblərinə zidd olan fəaliyyət növlərinin həyata keçirilməsinin yolverilməz olduğunu xatırladır.

Hadisə

Yazı naviqasiyası

Previous Post: Həbsdə olan Polkovnik-leytenanta görə şəhid ailələri ölkə başçısına müraciət etdilər.
Next Post: Salyanda QƏZA: Yeddi nəfər xəsarət alıb
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme