Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Salyanda QƏZA: Yeddi nəfər xəsarət alıb

Posted on 25 Yanvar 202626 Yanvar 2026 By admin

Salyanda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib, yeddi nəfər xəsarət alıb.

Xia.Az “Report”a istinadən xəbər verir ki, axşam saatlarında yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəza olub. Qəza nəticəsində xəsarət alan yeddi nəfər Salyan Rayon Mərkəzi Xəstəxanasınnın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir, vəziyyətləri stabildir.

Faktla bağlı araşdırma aparılır.

Hadisə

Yazı naviqasiyası

Previous Post: Yaşayış binasının yanğın təhlükəsi aradan qaldırıldı
Next Post: 27 yaşlı qadın dəm qazından boğuldu.
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme