Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Dövlət qulluğuna qəbul imtahanının proqramında yeniliklər edildi

Posted on 09 Fevral 202609 Fevral 2026 By admin

Dövlət qulluğuna qəbul imtahanının test proqramına dəyişiklik edilib.

xia.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, dövlət qulluğuna qəbul üzrə müsabiqənin İnformasiya texnologiyaları üzrə test imtahanı proqramlarına müəyyən dəyişiklik edilib. Belə ki, BB vəzifə qrupu üzrə proqrama “Əməliyyat sistemləri” bölməsi, AB vəzifə qrupuna aid proqrama isə “Microsoft Excel 2019 cədvəl prosessoru” bölməsinə aid olan Funksiya kateqoriyaları və MS Excel 2019 elektron cədvəlinin əsas funksiyaları, onlardan istifadə qaydaları mövzuları əlavə edilib.

Proqramdakı dəyişiklik 2026-cı il aprel ayından etibarən keçirilən imtahanların məzmununda əks olunacaq.

Proqramla tanış olmaq üçün müvafiq keçidə daxil olun.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Şəmkirdə məktəblinin bıçaqlanması ilə bağlı TƏFƏRRÜAT
Next Post: Atalığı tərəfindən cinsi zorakılığa məruz qalan qız müəssisəyə yerləşdirilib
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme