Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Şəmkirdə məktəblinin bıçaqlanması ilə bağlı TƏFƏRRÜAT

Posted on 09 Fevral 202609 Fevral 2026 By admin

Şəmkir rayonunda məktəblinin bıçaqlanmasının təfərrüatı məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə dünən axşam saatlarında rayonun Kür qəsəbəsi ərazisində baş verib.

Qəsəbə sakini 2011-ci il təvəllüdlü Sultan Məmmədlinin həyətində saxladığı göyərçin uçub digər qəsəbə sakini, 2009-cu il təvəllüdlü Həsən Abuzərlinin həyətinə düşüb. S.Məmmədli axşam saatlarında H.Abuzərlinin yaşadığı evə gələrək, göyərçinin onların həyətinə düşdüyünü deyib və ondan həmin göyərçini verməsini xahiş edib. H.Abuzərli isə göyərçini qaytarmayıb və nəticədə aralarında dava başlayıb. Hadisə zamanı səsə H.Abuzərlinin qardaşı Orxan da gəlib və o da davaya müdaxilə edib.

Hadisə nəticəsində S.Məmmədli bıçaq xəsarəti, digər iki qardaş isə bədən xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Hər üç məktəbliyə ilkin tibbi yardım göstəriləndən sonra onlar evə buraxılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə

Yazı naviqasiyası

Previous Post: Nəsimi rayonunun yeni icra başçısının DOSYESİ
Next Post: Dövlət qulluğuna qəbul imtahanının proqramında yeniliklər edildi
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme