Üç min hektardan çox torpaqla bağlı qanunsuz bələdiyyə qərarları ləğv olunub
“İnzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 3 142 ha torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib”.
xia.az xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə öz əksini tapıb.
Qeyd olunub ki, nəticədə 3 121 ha torpaq sahəsinin icarəyə, 21 ha torpaq sahəsinin isə mülkiyyətə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib.
Vurğulanıb ki, 2025-ci il ərzində örüş sahələrinin qanunsuz olaraq ayrı-ayrı şəxslərə ayrılması, zəbt olunması və digər pozuntulara qarşı qanunamüvafiq tədbirlər davam etdirilmiş, nəticədə 2 057 ha örüş sahəsi ilə bağlı qanunsuz bələdiyyə aktları inzibati nəzarət orqanının təklifləri və ya məhkəmələrə verilmiş iddialar əsasında ləğv olunmuş və ya dəyişdirilib.