Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Ağdaş sakininin ölümü ilə bağlı detallar məlum oldu

Posted on 16 Fevral 202616 Fevral 2026 By admin

Ağdaş rayonunda 76 yaşlı yerli sakinin ölümü ilə bitən bədbəxt olayın bəzi detalları üzə çıxıb.

xia.az-ın məlumatına görə, bu barədə Bizim.Media-ya dünyasını dəyişən şəxsin qardaşı Fərhad Abdulxalıqov açıqlama verib.

O qeyd edib ki, qardaşının səhhətində narahatlıqlar var imiş və o, Mingəçevir şəhərində yaşayan qızının evinə getmək niyyətində olub:

“Qonşusu ona sabah aparacağını bildirsə də, qardaşım gecə saatlarında xəbərsiz şəkildə evdən ayrılıb və geri qayıtmayıb. Hadisə yanvarın 5-də baş verib və həmin tarixdən etibarən axtarışlar aparılırdı. Qonşuluqda yaşayan çoban qoyun otaran zaman su kanalında onun cansız bədənini görüb, dərhal icra nümayəndəsinə və polis əməkdaşlarına məlumat verib.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dərhal əraziyə gələrək meyiti sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Qardaşım ailəli olsa da, tək yaşayırdı. Onun iki qızı və bir oğlu Mingəçevirdə məskunlaşıb. Kənd camaatına təşəkkür edirəm, biz çatana qədər qardaşımı torpağa tapşırıblar”.

Xatırladaq ki, sözügedən hadisə rayonun Cüvə kəndi ərazisində baş verib. Belə ki, kənd sakini, 76 yaşlı Ənvər Məmmədovun meyiti kənddəki su kanalında tapılıb. Hadisə yerinə dərhal rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri cəlb edilib. Ənvər Məmmədovun cəsədi sudan çıxarılaraq müvafiq qurumlara təhvil verilib.

Ölümün dəqiq səbəbləri tibbi ekspertizanın rəyindən sonra bəlli olacaq.

Hazırda faktla əlaqədar Ağdaş Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Qobuda IX sinif şagirdi yaşıdına xəsarət yetirdi: Məktəbdən AÇIQLAMA
Next Post: “Kəngərli” firmasına məxsus bazarda ANTİSANİTAR DURUM – İstehsal prosesi dayandırıldı
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme