Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Qobuda IX sinif şagirdi yaşıdına xəsarət yetirdi: Məktəbdən AÇIQLAMA

Posted on 16 Fevral 202616 Fevral 2026 By admin

Fevralın 16-da Qobu qəsəbəsində fəaliyyət göstərən 1 saylı tam orta məktəbdə təhsil alan IX sinif şagirdləri arasında yaranan münaqişə nəticəsində tərəflərdən biri digərinə bədən xəsarəti yetirib.

xia.az xəbər verir ki, təhsil ocağından “Azərbaycan müəllimi”nə daxil olan məlumata əsasən, xəsarət almış məktəbliyə əvvəlcə təhsil müəssisəsində ilkin tibbi yardım göstərilib, ardınca o, xəstəxanaya çatdırılıb. Həkimlər tərəfindən müayinə olunan yeniyetməyə ambulator müalicə təyin edilərək evə buraxılıb:

“Baş vermiş hadisə məktəb rəhbərliyi tərəfindən dərhal nəzarətə alınıb və aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda faktla əlaqədar müvafiq araşdırma işləri davam etdirilir”.

Hadisə

Yazı naviqasiyası

Previous Post: Azərbaycanda yeni iş yerləri açılacaq
Next Post: Ağdaş sakininin ölümü ilə bağlı detallar məlum oldu
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme