Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Simonyanın “Bakıdakı sonuncu erməni məhbus” iddiası…

Posted on 17 Fevral 202617 Fevral 2026 By admin

Ermənistan parlamentinin sədri Alen Simonyan deyib ki, İrəvan Bakıda məhbus həyatı yaşayan sonuncu erməni evinə qayıdana qədər öz işini davam etdirəcək.

xia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

“Simonyan sadəcə bu açıqlama ilə erməni ictimaiyyətinə mesaj göndərir ki, Ermənistan hökuməti guya erməni məhbusların azad olunması işində dayanmadan çalışır. Halbuki Ruben Vardanyan kimi caninin sərbəst buraxılması, başda Baş nazir Nikol Paşinyan və elə Alen Simonyan olmaqla, Ermənistan hakimiyyətinin problemlərini artırardı. Bir anlığa təsəvvür edək ki, Ruben Vardanyan hansısa yolla Qarabağdan Ermənistana qaçmağa müvəffəq olur. Bu halda İrəvanda peyda olan oliqarx erməni Rusiyanın da dəstəyi ilə Nikol Paşinyanın devrilməsi və Ermənistanda daxili gərginliyin artırılması üçün milyardlarını xərcləyəcəkdi.

Yəni Vardanyanı biz həbs etməsəydik, onu bir müddət sonra İrəvanda Paşinyan həbs etmək məcburiyyətində qalacaqdı. Bu isə parlament seçkisi öncəsində həmin oliqarxın tərəfdarlarının Paşinyana təzyiqi ilə müşahidə olunacaqdı. Ona görə də Alen Simonyan açıqlamasında səmimi deyil. O və onun lideri Riben Vardanyanın məhz Azərbaycanda məhbus həyatını davam etdirməsində maraqlıdır”, – o vurğulayıb.

Qeyd edək ki, Vardanyanın məhkəməsi yekunlaşşıb və hakim bu gün ona 20 il cəza təyin edib.

Siyasət

Yazı naviqasiyası

Previous Post: Dayanacaqda çantasını unudan şəxsin qızılları oğurlandı
Next Post: Azərbaycan neftinin 70 faizini bu ölkə alıb
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme