Göyçayda kafedə QANLI DAVA – ölən var

6995ae1f258d86995ae1f258d917714171196995ae1f258d66995ae1f258d7

Fevralın 16-da axşam saatlarında 36 yaşlı Cavid Əhmədov Göyçay şəhərində yerləşən çay evlərinin birində hündürlükdən düşərək aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

xia.az-ın məlumatına görə. araşdırmalarla müəyyən olunub ki, qeyd olunan obyektdə C.Əhmədovla 31 yaşlı Mehman Əsgərov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zəminində C.Əhmədov pilləkənlərdən yerə yıxılıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə M.Əsgərov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.