Xocalıda minaya düşən şəxsin SON VƏZİYYƏTİ açıqlandı
İşğaldan azad edilmiş Xocalı rayonu Muxtar kəndi ərazisində minaya düşən şəxsin son vəziyyəti məlum olub.
Oxu.Az-ın sorğusuna cavab olaraq Xankəndi Şəhər Mərkəzi Xəstəxanası və Bərdə Rayon Mərkəzi Xəstəxanasının birgə məlumatında bildirilib ki, fevralın 18-də saat 10:30-da Xocalı rayonu Muxtar kəndi ərazisində baş verən mina partlayışı səbəbi ilə xəsarət alan 2000-ci il təvəllüdlü şəxs (kişi) Xankəndi Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
“Pasiyent ixtisaslı tibbi yardım göstərilməsi üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Ona bədənin müxtəlif nahiyələrinin qəlpə yarası diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir”, – deyə məlumatda bildirilir.
2026-cı il 18 fevral tarixində işğaldan azad edilmiş Xocalı rayonu Muxtar kəndi ərazisində mina hadisəsi baș verib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Bildirilib ki, agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Vasif Fizuli oğlu Çobanov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Hadisə nəticəsində əməkdaş sol əlindən və üz nahiyəsindən müxtəlif xəsarətlər alıb.
Vasif Çobanov rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.