Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form
  • Nəsimi Nəbizadənin qardaşı 13 kq narkotiklə həbs olundu Kriminal
  • Hikmət Hacıyev: Biz Tramp administrasiyasının tam dəstəyinə malikik Siyasət
  • Regiondakı dost ölkələrin dəstəyi… – Pezeşkian Dünya
  • Gəncədə bıçaqlanan 16 yaşlı gəncin vəziyyəti açıqlanıb. Hadisə
  • İcra başçısı keçmiş şirkət rəhbərini özünə sürücü təyin etdi – ÖZƏL Cəmiyyət
  • Azərbaycan II Liqa təmsilçisi “Xankəndi” heyətini yeni yarımmüdafiəçi ilə gücləndirib. İdman
  • Ramazanın ilk gününün imsak, iftar və namaz vaxtları Cəmiyyət
  • Keçmiş məhkum külli miqdarda marixuana ilə saxlanıldı Kriminal

Dünya nizamı necə dəyişir? 

Posted on 23 Fevral 202623 Fevral 2026 By Redaktor

Dünya nizamı dövlətlərin arasındakı münasibətləri, onların beynəlxalq arenada necə davranmasını müəyyən edən qayda və normaların cəmidir. Həmin qayda və normalar isə öz növbəsində cari qüvvələr balansına əsaslanır.

Bu barədə Baku TV-nin “Yekunlaşdıraq” verilişində danışılır:

“Dolayısı ilə dünya nizamının əsasında hansısa hüquqi və mənəvi prinsiplər deyil, planetdəki real qüvvələr balansı dayanır. Əgər balans dəyişərsə, nizam da dəyişməlidir. Bu prosesin gedişində beynəlxalq hüquq həmişə reallıqdan geri qalır. Yəni əvvəlcə qüvvələrin balansı dəyişir. Sonra yeni yaranmış şəraitdə oyun qaydalarını müəyyən edənlər beynəlxalq hüququn yeni normalarını formalaşdırırlar”.

Dünya nizamının dəyişməsinin ən məşhur tədqiqatçılarından biri milyarder investor Rey Daliodur. Verilişdə Dalionun Münhen Təhlükəsizlik Konfransının nəticələrinə dair şərhindən sitat gətirilir:

“Beynəlxalq münasibətlər dövlətin daxili siyasətindən fərqlənir. Ölkənin daxilində qanunlar, məhkəmələr, polis, məcburetmə mexanizmləri var. Beynəlxalq sistemdə belə şeylər yoxdur. Orada hər şeyi güc müəyyən edir. Əgər dünyada hansısa ölkə güclənərək qabağa çıxırsa, qaydaları məhz o formalaşdırır”.

“Dalioya görə, hazırda dünyanın yeni nizama keçidi tarixin qanunlarına uyğun baş verir. Belə ki, hər bir yeni nizamın ömrü altı mərhələdən ibarət olur. 1945-ci ildə qurulan Potsdam sisteminin əsasında yaradılmış beynəlxalq nizam həmin altı mərhələnin sonuncusunu başa vurmaq üzrədir.

Bunu artıq ayrı-ayrı liderlər də başa düşür və etiraf edirlər. Ona görə də hamısı müharibəyə hazırlaşır. Çünki bu mərhələ çox təhlükəlidir. Müharibələrin çoxu rasional hesabdan və plandan yox, qorxudan – qarşı tərəfi qabaqlamaq istəyindən doğur.

Rey Dalio indiki vəziyyəti 1930-cu illərlə müqayisə edir. Həmin illərin maliyyə böhranı bütün dünyanı ağır vəziyyətlə üzləşdirmişdi. Nəticədə aparıcı ölkələrdə iqtisadiyyatı hərbi relslərə keçirən liderlər hakimiyyətə gəlmişdilər. Ardınca iqtisadi millətçilik başlamışdı. 1930-cu illərdə ABŞ-də “Smoot-Hawley” qanunu ilə idxala yüksək gömrük tarifləri tətbiq edilmiş, digər ölkələr də analoji cavab vermişdilər. Tarif müharibələri başlamış, bu isə iqtisadi müharibəyə gətirib çıxarmışdı. 1940-41-ci illərdə ABŞ Yaponiyaya neft embarqosu tətbiq etmişdi.

Bütün bu əlamətlər dünya nizamının son mərhələsi üçün səciyyəvidir. Rey Dalio indi də dünyada oxşar hadisələrin yaşandığına, eyni mərhələnin təkrarlandığına diqqət yönəldir. Onun fikrincə, dünya nizamının dəyişməsi dövri prosesdir. Bundan qaçmaq mümkün deyil”, – deyə verilişdə vurğulanır.

Siyasət

Yazı naviqasiyası

Previous Post: ABŞ-nin Azərbaycandakı səfirliyinin sabiq əməkdaşına hökm oxundu
Next Post: Mingəçevirdə qadın bıçaqlanıb, şübhəli bilinən əri saxlanılıb

Related Posts

  • Simonyanın “Bakıdakı sonuncu erməni məhbus” iddiası… Siyasət
  • Naxçıvan Ali Məclisi sədrinin bəzi fərmanları ləğv edilib Siyasət
  • İlham Əliyev Vaşinqtonda Amerika İsrail İctimai Əlaqələr Komitəsinin icraçı direktoru və digər rəhbər heyəti ilə görüşüb Siyasət
  • Gələcək üçün açıq-aydın planlarımız var – Prezident Siyasət
  • Vuçiç bu il Azərbaycana gələcək Siyasət
  • Mehriban Əliyeva onu məhv etdi: Qadın paltarında… Siyasət
Redaktor: Alim İbrahimov
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.
Saytdakı materiallardan istifadə edərkən aktiv linklə istinad olunması mütləqdir.

  • İranlı narkotacirlərə kuryerlik edənlər SAXLANILDI Kriminal
  • Azərbaycanda Ramazan ayının başlama tarixi açıqlandı Cəmiyyət
  • Elşad Quluyev vəzifəsindən azad edildi Cəmiyyət
  • Aleksandar Vuçiç: “İlham Əliyevdən elektrik enerjisi layihəsində şəxsən iştirak etməsini xahiş etdim” Siyasət
  • Şagirdlərin eksternat imtahanının nəticələri açıqlanıb Təhsil
  • DTX-dən əməliyyat: Rusiya-Ukrayna müharibəsində iştirak etmiş Azərbaycan vətəndaşları həbs olundular Hadisə
  • Ucarda yol-nəqliyyat hadisəsi: Xəsarət alanlar var. Hadisə
  • Avtomobildə boğularaq ölən əmi və qardaşı oğlunun FOTOSU Hadisə

Powered by PressBook News WordPress theme