Cənubi Koreyanın sabiq prezidenti ömürlük həbs hökmündən şikayət etdi
Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yol 2024-cü ildəki çevrilişə görə ömürlük həbs cəzasına məhkum edilməsi ilə bağlı hökmdən apelyasiya şikayəti verib.
xia.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
“Məhkəmənin qərarındakı problemləri təkcə protokol məqsədləri üçün deyil, həm də tarixin maraqları naminə aydın şəkildə göstərməyə borcluyuq. Prokurorun həddindən artıq canfəşanlıqla ittiham aktı və ona əsaslanan məhkəmənin ziddiyyətli qərarı, eləcə də bunun siyasi konteksti barədə susmayacağıq”, – deyə keçmiş ölkə başçısının vəkilləri bildiriblər. Onlar əlavə təfərrüat açıqlamayıblar.