Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

22 yaşlı gənc kirayə qaldığı evdə bıçaqlandı: İş yoldaşları saxlanıldılar

Posted on 26 Fevral 202626 Fevral 2026 By admin

Biləsuvar rayonunda gənc oğlan kirayə qaldığı evdə bıçaqlanıb.

xia.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Bəydili kəndində baş verib. Cəbrayıl rayon sakini 2004-cü il təvəllüdlü Fərid Həziyev kirayə yaşadığı evdə olarkən iki nəfər ona hücum edib. Həmin şəxslər F.Həziyevə bıçaq xəsarətləri yetirərək hadisə yerindən qaçıblar.

Yaralı təcili olaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub. F.Həziyev Reanimasiya şöbəsinə yerləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Tural Əmirxanov və Əli Məmmədov saxlanılıblar. Araşdırmalar zamanı məlum olub ki, hadisəni törətməkdə şübhəli bilinən şəxslər F.Həziyevin iş yoldaşıdırlar.

Faktla bağlı cinayət işi başlanılıb.

Hadisə

Yazı naviqasiyası

Previous Post: İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
Next Post: Paytaxtda 68 yaşlı kişi yıxılıb öldü
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme