Paytaxtda 68 yaşlı kişi yıxılıb öldü

IMG_9067

Bakıda 68 yaşlı kişi küçədə yıxılaraq ölüb.

xia.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal ərazisində baş verib. Bakı şəhər sakini – 1958-ci il təvəllüdlü Qüdrət İsmət oğlu Hüseynov rayonun A.Məlikov küçəsində piyada hərəkət edərkən ehtiyatsızlıqdan yıxılıb. Baş nahiyəsindən aldığı xəsarətlə xəstəxanaya yerləşdirilən Q.Hüseynov orada ölüb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır