İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.
xia.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Memorialın önünə əklil qoyub.
Dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Memorialla tanış olublar və Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.
xia.az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.