Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər

Posted on 26 Fevral 202626 Fevral 2026 By admin

Dövlət və hökumət rəsmilərinin “Ana harayı” abidəsini ziyarəti davam edir.

xia.az xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli və rəhbərlik etdikləri qurumların əməkdaşları abidə önünə gül dəstələri düzüb, şəhidlərin xatirəsini yad ediblər.

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar dövlət və hökumət rəsmiləri “Ana harayı” abidəsini ziyarət edirlər.

xia.az xəbər verir ki, Baş nazir Əli Əsədov, baş nazirin müavinləri Şahin Mustafayev, Yaqub Eyyubov, Samir Şərifov, Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və müavini Mədət Quliyev, həmçinin müdafiə naziri general-polkovnik Zakir Həsənov və rəhbərlik etdikləri qurumların əməkdaşları Xocalı faciəsi qurbanlarının xatirəsini yad ediblər.

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar dövlət və hökumət rəsmilərinin “Ana harayı” abidəsini ziyarəti başlayıb.

xia.az xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, həmçinin nazirliyin əməkdaşları Xocalı soyqırımı abidəsini ziyarət edərək faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.

Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər
Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər

Xatırladaq ki, Xocalı soyqırımından 34 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərini yerlə bir edib. Erməni təcavüzkarların Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1 275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: “Qardaşım qucağında körpəsi ilə şəhid oldu” – 11 doğmasını itirən Zərif Quliyevanın tükürpədən hekayəsi
Next Post: Kürdəmirdə yük maşını piyadanı vurub öldürdü
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme